Rusiya Macarıstanda AES tikəcək

Rusiya Macarıstanda AES tikəcək
  16 Yanvar 2014    Oxunub:1311
Rusiya Macarıstanla əlaqələrini yeni müstəviyə keçirir.
Moskvada səfərdə olan Macarıstanın baş naziri Viktor Orban Rusiya prezidenti Vladimir Putinlə bir araya gəlib. Görüşdən sonra jurnalistlər qarşısına çıxan tərəflər bir çox iqtisadi-siyasi məsələləri müzakirə etdiklərini bəyan ediblər. Ən maraqlı açıqlama isə Putinin Atom Elektrik Stansiyası ilə bağlı dedikləri olub.

Kreml rəhbəri bildirib ki, Rusiya tezliklə Macarıstanda dəyəri 10 milyard dollar olan AES tikəcək. Baş nazir Orban isə artıq tikintinin yerinin dəqiqləşdirildiyini qeyd edib. Məlum olub ki, stansiya paytaxt Budapeştdən cənubda, Paks AES-in yanında inşa ediləcək. Hökumət başçısı tikintidə Moskvanın 30 il müddətinə kredit verdiyini gizlətməyib. Onu da qeyd edək i, Macarıstanın Rusiya ilə Atom stansiyası tikintisində əməkdaşlığı indidən Avropa Birliyində narahatlıq yaradıb.

Səbinə


Teqlər:  





Xəbər lenti