Ərdoğanın oğlu Əl-Qaidənin sponsoru ilə birgə - FOTOLAR

Ərdoğanın oğlu Əl-Qaidənin sponsoru ilə birgə - FOTOLAR
  16 Yanvar 2014    Oxunub:1450
AzVision.az xəbər verir ki, Türkiyənin t24.com.tr xəbər saytı baş nazir Rəcəb Tayyip Ərdoğanın oğlu Bilal Ərdoğanın Səudiyyə Ərəbistanından olan və Əl-Qaidə terror qruplaşmasını maliyyələşdirməkdə ittiham olunan Yasin əl-Qadi və onun oğlu Muaz Kadi ilə fotoşəkillərini yayıb. Bundan başqa nazir oğlu “Star” qəzeti və “Kanal 24” telekanalının sahibi Tehvit Qaraqay, italyan memarı Federiko del Rosso, “Bosphorus 360” şirkətinin sahibi Çingiz Aktürk, Ərdoğanın keçmiş müşaviri Əbdülkərim Çayla da görüşüb.



Ehtimal olunur ki, bu görüşlərdə tərəflər Etiler rayonundakı polis məktəbinin yerində geniş tikinti işlərinin həyata keçirilməsini müzakirə ediblər.

Xatırladaq ki, Türkiyədə korrupsiya qalmaqalı ilə bağlı müəyyən olunmuşdu ki, Ərdoğana yaxın olan “Bosphorus 360” kompaniyası İstambulun Etiler rayonunda tender elan olunmadan bazar qiyməti 1 milyard dollar olan torpaq sahəsini 460 milyona əldə edib. Bu işdə şirkətin prezidenti Yasin əl-Kadiyə Ərdoğanın oğlunun yardım etdiyi ehtimal olunur.



Bundan başqa Yasin əl-Kadinin BMT Təhlükəsizlik Şurasının “Əl-Qaidə”terror qruplaşmasına dəstək verən və beynəlxalq axtarışa verilən şəxslərdən biri olduğu vurğulanır. Buna rəğmən dəfələrlə Türkiyəyə səfər edən Kadi, bu zaman Ərdoğanın təhlükəsizlik xidmətinin avtomobili ilə hərəkət edib. “Əl-Qaidə” ilə əlaqədə günahlandırılan digər bir şəxsdə isə Türkiyəyə Kadi ilə birgə səfər edən Usama Kutubdur.



AzVision.az


Teqlər:





Xəbər lenti