Ərdoğanın oğlu Azərbaycanda gizlənməyib - Nazir

 Ərdoğanın oğlu Azərbaycanda gizlənməyib - Nazir
  17 Yanvar 2014    Oxunub:1433
Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ baş nazir Rəcəp Tayyip Ərdoğanın oğlu Bilal Ərdoğanın Azərbaycanda gizlənməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, millət vəkillərinin suallarını cavablandıran nazir bildirib ki, bütün bu xəbərlər yalandır:

“Cənab Bilal Ərdoğanla bağlı bir millət vəkili dostumuz onun həbsolunması və saxlanılması ilə bağlı ifadə verdi. Amma Bilal Ərdoğanla bağlı heç bir qərar yoxdur və bunu da burada demək istəyirəm. Olmayan bir qərarın da ləğv edilməsi yalandır.

Bilal Ərdoğanın Türkiyəni tərk etmədi, başqa bir ölkədə getməsi, gizlənməsi kimi yayılan məlumatlar tamamilə yalandır. Bunların hamısı hökumətimi, baş nazirimizi yıxmaq üçündür”-deyə, ədliyyə naziri Bəkir Bozdağ əlavə edib.

Qeyd edək ki, türk mətbuatında bir neçə gün öncə yayılan məlumata görə, Ərdoğanın oğlu Bilal Ərdoğanın da da rüşvət və korrupsiya əməliyyatında hallanır. O buna görə də, Türkiyədən qaçıb. Azərbaycan mətbuatında isə bildirilmişdi ki, B.Ərdoğan bu müddət ərzində Bakıda otellərdən birində gizlənirmiş.


Teqlər:





Xəbər lenti