Obama islahat proqramını açıqladı

Obama islahat proqramını açıqladı
  18 Yanvar 2014    Oxunub:1419
Amerika prezidenti Barak Obama Milli Təhlükəsizlik Agentliyindəki islahatlarla bağlı planı açıqlayıb.
Edvard Snoudenin ifşaları ilə sarsılan xüsusi xidmət orqanları bundan sonra fəaliyyətlərində dəyişiklik edəcək.

Çıxışında Obama milyonlarla amerikalının telefonunu gizli dinlənilməsinə son qoyulmalı olduğunu vurğulayıb. O həmçinin ABŞ-ın müttəfiqi sayılan ölkələrin rəhbərliyini və vətəndaşları əmin edib ki, xüsusi xidmət orqanları ehtiyac yaranmadan onların telefon danışıqlarını və sms yazışmalarını izləməyəcək.

ABŞ prezidenti ölkənin Çin və Rusiya ilə müqayisədə bu sahədə şəffaflığa nail olduğunu bildirib. Həmçinin, o xüsusi xidmət orqanlarının bundan sonra vətəndaşları dinləmək üçün məhkəməyə müraciət etməli olduğunu və yalnız müvafiq icazədən sonra dinləmə həyata keçirə biləcəklərini deyib.

Onların fəaliyyətinə haqq qazandıran ABŞ prezidenti Milli Təhlükəsizlik Agentliyinin topladığı məlumatların onillər boyu ölkənin təhlükəsizliyinə yardım edib. Bununla belə Barak Obama təhlükəsizliklə yanaşı vətəndaşların hüquq və azadlıqlarının da qorunmasına diqqət ayrılmalı olduğunu vurğulayıb.

Xatırladaq ki, 2013-cü iiln yayında Milli Təhlükəsizlik Agentliyinin əməkdaşı Edvard Snouden çalışdığı qurumun hər gün dünyadakı milyonlarla telefon zəngini və internet yazışmasını izləyini bildirmişdi. Amerika tərəfindən axtarışa verilən Snouden hazırda Rusiyada siyasi sığınacaq alıb.

Vüqar İsmayılov



Teqlər:





Xəbər lenti