Putin Əsədə hərbi dəstəyini artırdı

Putin Əsədə hərbi dəstəyini artırdı
  18 Yanvar 2014    Oxunub:1252
Suriyaya ötürülən silahlara arasında zirehli texnika, idarəolunan bombalar və pilotsuz uçuş aparatları daxildir.
AzVision.az Reuters agentliyinə istinadən xəbər verir ki, Rusiya rəhbərliyi Suriya müxalifətinin daxili münaqişəyə daxil olduğu vaxtda Əsəd hakimiyyətinə hərbi yardımını artırıb.

“Cenevrə-2” sülh konfransı öncəsi müxalifətə təzyiq artıran Suriya hakimiyyəti rus hərbi nəqliyyat təyyarələri vasitəsilə yeni silahlarla təmin olunur. Silahlar ilk növbədə zirehli texnika, pilotsuz uçuş aparatları, radar qurğuları və aviasiya üçün ehtiyat hissələrdən ibarətdir.
ABŞ Dövlət Departamentini mətbuat katibi Cen Psaki isə bununla bağlı məlumatlara malik olmadığını bildirib.

Xatırladaq ki, BMT 2013-cü ilin iyuluna qədər Suriyadakı toqquşmalarda 100 min nəfərin həlak olduğunu bildirmişdi. Bu il yanvarın əvvəllərində isə BMT nümayəndələri dəqiq məlumatlar əldə etməyin getdikcə daha çətin olmasına görə ölən və yaralananlarla bağlı hesablamalrı dayandırdığını bəyan etmişdi.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti