AFR XİN: ABŞ-ın qərarını alqışlayırıq

AFR XİN: ABŞ-ın qərarını alqışlayırıq
  19 Yanvar 2014    Oxunub:1012
“ABŞ-a təhlükəsizlik ilə insan hüquqları arasında tarazlıq lazımdır”.

ABŞ öz təhlükəsizliyi ilə vətəndaş hüquqlarının müdafiəsi arasında tarazlıq yaratmalıdır.

AzVision.az xəbər verir ki, Bu sözləri Amerikanın xüsusi xidmət orqanlarının işi haqqında Birləşmiş Ştatların Prezidenti Barak Obamanın söylədiyi nitqdən sonra AFR-in xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.

Obama Mərkəzi Kəşfiyyat İdarəsinin keçən əməkdaşı Edvard Snoudenin açdığı Amerika xüsusi xidmət orqanlarının apardığı işin təfərrüatları barədə proqram nitqi ilə çıxış etmiş və bu işin bir sıra prinsiplərinin yenidən nəzərdən keçirilməsi haqqında sərəncam verib.

Ştaynmayer deyib ki, “Ümidvaram ki, ABŞ təhlükəsizliyə olan tələbatla vətəndaş hüquqlarının müdafiəsi arasında düzgün tarazlıq yaratmaq üçün qüvvə sərf edəcək”.

Onun dedikləri Almaniya xarici siyasət idarəsinin saytında yerləşdirilib.

AFR-in Xarici İşlər Nazirliyi ABŞ-ın dost xarici dövlətlərin liderlərini təqib etməkdən əl çəkmək və abonentin yerini, ünsiyyət dairəsini müəyyənləşdirməyə imkan verən mobil rabitə metaməlumatlarının toplanması proqramlarını məhdudlaşdırmaq qərarını alqışladı.

AFR XİN-in saytında deyilir: “Biz bu qərarı həm də ona görə alqışlayırıq ki, o, ABŞ-da artıq çoxdan başlanan diskussiyanın daha açıq olmasına zəmin yaradacaq”.


Teqlər:  





Xəbər lenti