Əli Xamneyi 900-ə yaxın məhbusu əfv etdi

Əli Xamneyi 900-ə yaxın məhbusu əfv etdi
  19 Yanvar 2014    Oxunub:1358
İranın ali lideri Ayətullah Əli Xamneyi İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) doğum günü münasibətilə həbsdə olan 878 nəfərin əfv olunması barədə fərman imzalayıb. AzVision.az xəbər verir ki, bu barədə Trend "Mehr" agentliyinə istinadən məlumat verir.

Əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilən şəxslərdir.

Qeyd edək ki, İran Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli Məhəmməd Peyğəmbər (s) və İmam Cəfər Sadiqin (ə) doğum günü münasibətilə ali liderə məktubla müraciət edib. Məktubda 878 məhbusun əfv edilməsi xahiş olunub. Ə.Xamneyi həmin məhbusların əfv olunması barədə fərman imzalayıb.


Teqlər:





Xəbər lenti