Bağdadda həbsxana ələ keçirilib

Bağdadda həbsxana ələ keçirilib
  19 Yanvar 2014    Oxunub:1195
Döyüşçülər Bağdadda həbsxana ələ keçirərək dustaqları azad ediblər
Döyüşçülər İraqın paytaxtı Bağdadın Təvabici rayonundakı həbsxananı ələ keçirərək dustaqları azad ediblər AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, İraq Daxili İşlər Nazirliyindən bildiriblər ki, cəzaçəkmə müəssisəsi hazırda təhlükəsizlik qüvvələrinin nəzarəti altındadır.

Polisin məlumatına görə, silahlı qruplaşmanın üzvləri həbsxananın binasını minaatanlardan atəşə tutublar. Bundan sonra terrorçular müəssisəni ələ keçirib və dustaqların bir hissəsini azad ediblər. Atışma nəticəsində mühafizəçilər xəsarət alıblar.

Eyni vaxtda döyüşçülər Bağdadın Mənsur rayonundakı iri ticarət mərkəzini atəşə tutaraq ələ keçirməyə cəhd ediblər. Terrorçular binaya və yaxınlıqdakı mağazaya güclü atəş açıblar. Lakin təhlükəsizlik qüvvələri onların bu cəhdinin qarşısını ala biliblər. Ərazi İraq ordusunun bölmələri tərəfindən mühasirəyə alınıb.

DİN bəyan edir ki, bu hücumlar yaxşı təşkil edilmişdi və bir-biri ilə əlaqəsi var idi.


Teqlər:





Xəbər lenti