Korrupsiya Olimpiadası

Korrupsiya Olimpiadası
  20 Yanvar 2014    Oxunub:1198
Soçidə keçiriləcək Qış Olimpiya və Paraolimpiya Oyunlarına hazırlıq məqsədilə Rusiya tərəfi 214 milyard rubl xərcləyib. Bu vəsaitin 99 milyard rublu birbaşa büdcədən ayrılıb. AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə baş nazirin müavini Dmitri Kozak, oyunlara hazırlıqla bağlı keçirilən hökumət iclasında məlumat verib.
Olimpiya Oyunları öncəsi hazırlıq üçün nəzərdə tutulan bütün işlərin, investisiya xərclərinin cəmi 214 milyard rubl edib. Bu pulun təyinatı üzrə xərclənməməsi ilə bağlı məlumatlara gəlincə, Dmitri Kozak, “belə faktlar yoxdur” – deyə cavab verib.

Xatırladaq ki, oyunlara hazırlıq prosesinə Beynəlxalq Olimpiya Komitəsinin üzvü Jan Franko Kasperin qalmaqallı bəyanatı kölgə salmışdı. Kasper Soçidəki Olimpiada üçün ayrılan vəsaitin üçdə birinin oğurlandığını bildirmişdi. Onun fikrincə, bu vəsaitin həcmi 13 milyard avro təşkil edib. İsveçrəli məmur korrupsiyanın yüksək səviyyədə olmasını və Rusiyada bunun adi çevrilməsini pisləmişdi.

Bundan öncə, 2013-cü ilin mayında müxalifətçilər Boris Nemtsov və Leonid Martınyuk ictimaiyyətə “Subtropiklərdə Qış Olimpiadası” adlı hesabat təqdim etmişdilər. Müəlliflərin fikrincə, Soçi Olimpiadası Rusiya tarixindəki ən böyük fırıldaqçılıq hadisəsi olub. Onların hesablamalarına əsasən, hətta rəsmi məlumatlarda, Olimpiadanın büdcəsi bütün dünya rekordlarını qırıb və 50 milyard dollar təşkil edib.

Hesabatda qeyd olunur ki, bu dünya tarixinin ən bahalı Olimpiadasıdır. Hazırlıq prosesinə çəkilən xərclər bütün Olimpiya obyektlərinin tikintisinə xərclənən vəsaitlərin cəmindən çoxdur. Bundan başqa, 25-30 milyard dollar (Oyunların ümumi büdcəsinin 50-60%-i) oğurlanıb.

Büdcə vəsaitlərini mənimsənilməsi ilə bağlı ən fəal şirkətlər kimi Nemtsov “Olimpstroy”, “Rusiya Dəmir Yolları ASC”, “Qazprom” kompaniyalarının adları hallanır.

AzVision.az


Teqlər:  





Xəbər lenti