ABŞ müttəfiq ölkə başçılarını dinləməyəcək

ABŞ müttəfiq ölkə başçılarını dinləməyəcək
  20 Yanvar 2014    Oxunub:1287
Birləşmiş Ştatların prezidenti Barak Obama Mili Təhlükəsizlik Agentliyinə müttəfiq ölkələrin liderlərini izləməməyi tapşırıb.
Obama, Birləşmiş Ştatlara dost ölkələrin liderlərini izləməyi qadağan etdiyini bəyan edib. AzVision.az Reuters agentliyinə istinadən xəbər verir ki, bu qərar onlarla ölkəyə şamil oluna bilər.

Obama həmçinin qeyd edib ki, bundan sonra gündəlik kəşfiyyat prioritetlərini müəyyən edəcək. Qeyd edə ki, 2013-cü ildə keçmiş ABŞ agenti Edvard Snouden ölkəsinin telefon danışıqlarını izləməsi ilə bağlı məlumatı mətbuata sızdırması qalmaqala səbəb oldu. Qalmaqal daha sonra siyasi müstəviyə keçdi, məlum oldu ki, ABŞ xüsusi xidmət orqanları dünya liderlərinin telefon danışıqlarını dinləyirmişlər. Onların arasında Angela Merkel də var. Dinləmələr haqqında məlumat ABŞ-la bəzi tərəfdaşları arasında münasibətlərin soyuqlaşmasına səbəb olub.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti