Yanukoviçin müxalifətlə görüşü nəticə vermədi

Yanukoviçin müxalifətlə görüşü nəticə vermədi
  23 Yanvar 2014    Oxunub:901
Ukrayna prezidenti Viktor Yanukoviç və siyasi böhranın həlli üçün yaradılan işçi qrupun parlamentdəki müxalifət fraksiyalarının liderləri ilə görüşü 3 saatdan çox çəkib.
Ukrayna mətbuatının məlumatına görə, müxalifət liderləri görüşü şərh etməkdən imtina ediblər.

“Batkovşina” partiyasının sədri Arseni Yaçenyuk jurnalistlərə söz verib ki, danışıqların nəticələri barədə Həmkarlar İttifaqları Evində keçiriləcək görüşdə açıqlamalar verəcək.

Danışıq prosesində Yaçenyukdab başqa, UDAR partiyasının sədri Vitali Kliçko və “Azadlıq” partiyasının sədri Oleq Tyaqnibok da iştirak edib.

Bundan başqa, keçirilən görüşdə işçi qrupun rəhbəri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Kluyev, Ukrayna prezidentinin məsləhətçisi Andrey Portnov və Ədliyyə naziri Yelena Lukaş iştirak edib.

Xatırladaq ki, Kiyevdəki toqquşmalarda həlak olanların sayı 5 nəfərə çatıb.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti