Düzgün yatmaq üçün bunları bilmək lazımdır

Düzgün yatmaq üçün bunları bilmək lazımdır
  20 Fevral 2014    Oxunub:25111
Şirin və möhkəm yuxudan yaxşı nə ola bilər? Bunun yeganə cavabı var- heç nə. Çünki bizim iş qabiliyyətimiz və əhvalımız yuxudan asılıdır. Özünü yuxuya necə hazırlamaq olar? İnsan üçün neçə saat yuxu bəs edər və ot tərkibli çaylar yuxusuzluğa son qoya bilərmi?
1. Son vaxtlar smartfonlardakı “zəngli saat” çox populyar olub. İş prinsipi sadədir: siz smartfonu çarpayınıza qoyursunuz və o, bütün gecəni sizin hərəkətlərinizi `dinləyir`. Bu hərəkətlər əsasında yuxu fazanızı müəyyənləşdirir. Və səhər, sizin `tez yuxu`nuzun növbəti fazasında olduğunuz zaman zəng çalır.

- `Akiqraf` adlanan elmi qurğular var. Akiqraflar hərəkətlərin intensivliyi əsasında insanın yuxu fazasını müəyyən edir. Bu, isbat olunub. Səhv hallar yalnız 7% təşkil edir. Hərəkət əsasında yuxu fazasını müəyyən etmək mümkün olsa da, bu zaman səhv ehtimalı 25%-ə qədər artır. Lakin əminlik 90% olsa idi, zəngli saatdan istifadə etmək olardı. Səhv ehtimalının 25% olması bu işə ciddi yanaşmağa imkan vermir.

2) Orta əsrlərdə gecə yuxusunu 2 hissəyə bölürdülər. İnsanlar erkən yatır, 2-3 saat yuxu alıb, sonra yenə durub öz işləri ilə məşğul olurdular. Bir neçə saatdan sonra yenidən uzanır və bu dəfə səhərə qədər yatırdılar. Hesab olunurdu ki, yuxunun bölünməsi sağlamlıq üçün faydalı və təbidir. Bu, doğurdanmı belədir?

- Qismən belədir. Çünki yuxunun ən dərin olan ilk yarısında orqanizmin əksər funksiyaları istirahət edir. Niyə bu baş verir? Çünki məməlilər vəhşi təbiətdə təhlükə zamanı nə qədər yatacaqlarını bilmirlər. Ona görə də yuxularını tez gerçəkləşdirirlər. Məsələn, əgər siz adətən 8 saat yatırsınızsa, onda 4 saat yatıb əsas funksiyalarınızı bərpa edəcəksiniz. Düzdür, siz özünüzü yaxşı hiss etməsənizdə, fiziki baxımdan bərpa olunacaqsınız. Lakin süni şəkildə özünü gecənin ortasında yuxudan durmağa məcbur etmək, 2 saat ayıq qalıb yenidən yatmaq fizioloji baxımdan düzgün deyil.

3) Orqanizmin özünü normal hiss etməsi üçün ən azı neçə saat yatmaq lazımdır? Və biz neçədə yatıb, neçədə qalxmalıyıq?

-Gənc yaşda (30-a qədər) hansı rejimdə yatmağın önəmi yoxdur. İlk vaxtlar orqanizm möhkəm ehtiyata malik olduğu üçün heç nə hiss etməyəcək. Əgər məsələyə elmi baxımdan yanaşsaq onda əksər insanlar genetik baxımdan 7 ilə 8 saat arasında yuxuya meyllidir. 4 yaxud 10 saat haqqında nə deyilməsinə baxmayaraq, əksər insanlar 7-8 saat yatır. Əsas diqqət şəxsi yuxu davamlılığına yönəldilməlidir. Əgər siz 7 saat yatdığınızı müəyyən etmisinizsə, onda məsələn saat 23:00 yatıb 6:00-da yuxudan durmaq olar.

4) `Düzgün yatmaq` necə olur?

- İnsan və heyvan orqanizmini yuxu rejiminə keçirməkdə yardımçı olan melatonin hormonu axşam vaxtı ayrılmağa başlandığına görə bu vaxtlarda yuxuya getmək məsləhət görülür. Yuxunun bitmə anı isə havanın işıqlandığı məqamdır. Günəş işığı insanın gözlərinə düşəndə orqanizm dərhal melatonin hormonunun ifrazını dayandırır. Qış da biz Günəş işığının zəif olmasına görə çətinliklə yuxudan durduğumuzu hiss edirik. Süni işıq melatoninin ifrazını durdurmaq üçün çox zəifdir.
Bundan başqa, gümrah halla yuxu arasında müəyyən fasilələrin verilməsi lazımdır. Adətən, insana 1 saatlıq passivlik məsləhət görülür. Bu müddətdə rəqslər, fiziki yüklər, ehtiras oyadan verilişlərə, kompyuterlərə, filmlərə baxış məsləhət görülmür ki, insan yuxuya hazırlaşa bilsin.

Yuxu öncəsi, yataqda televizora baxmaq yaxud kitab oxumaq da məsləhət görülmür. İnsan yatağa girirsə, o saat da işığı söndürməlidir. Bu refleksi vərdiş halına gətirmək lazımdır.

5) Əgər müəyyən zaman kəsiyində, məsələn axşam saat 11-də yatmaq istəyirsən və müəyyən səbəblərdən qaçırdığın bu yuxu yuxusuzluğa çevrilirsə, nə etmək lazımdır?

- Yuxu barədə tədqiqatlar aparılarkən müəyyən olunub ki, aktivlik və yatmaq arasında saat yarım davam edən dövri əvəzlənmə mövcuddur. Yəni hər saat yarımlıq kəsikdə yuxu yenilənir. Gündüz vaxtı bu hiss olunmasa da, gecə saatlarında yuxusunu qaçıran insan bir də 1,5 saatdan sonra yuxulaya biləcək.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti