Göyçayda ustanı “tok” vurub öldürdü

 Göyçayda ustanı “tok” vurub öldürdü
  16 Mart 2021    Oxunub:3018
Martın 16-da saat 11 radələrində Göyçay rayon sakini 1989-cu il təvəllüdlü Fətullayev Sadiq Nemət oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Göyçay rayon prokurorluğundan Azvision.az -a bildirilib ki, Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Baş prokuror BƏƏ-nin daxili işlər naziri ilə görüşüb
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İlkin istintaqla Sadiq Fətullayevin usta kimi işlədiyi Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində tikilməkdə olan fərdi yaşayış evinin fasadına aqlay üzlük vurarkən açıq vəziyyətdə olan elektrik naqilinə toxunması nəticəsində elektrik cərəyanın təsirinə məruz qalması səbəbindən ölməsi müəyyən edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: Prokurorluq   Usta  





Xəbər lenti