Anasını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib
İstintaqla zərərçəkmişin oğlu, Mingəçevir Ruhi Əsəb dispanserində “paranoid şizofreniya” diaqnozu ilə qeydiyyatda olan Əhmədov İslam Yaşar oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı çəkiclə Afaq Əhmədovanın baş nahiyəsinə xəsarətlər yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Cinayət işi üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən, İslam Əhmədov cinayət əməlini törədən zaman düçar olduğu psixi xəstəlikdən əziyyət çəkərək öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmayıb.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, anlaqsız vəziyyətdə cinayət törətmiş İslam Əhmədovun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Azvision.az
Teqlər: Mingəçevir Qətl Məhkəmə