Daha bir koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

Daha bir koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
  13 Aprel 2021    Oxunub:1948
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a bildiriblər ki, COVID-19 testinin nəticəsi pozitiv olan rayon sakini Natiq İsayevə ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq,o, yaşadığı ünvanı tərk edib.

Həmin şəxs polis əməkdaşları tərəfindən ictimai yerdə hərəkətdə olarkən saxlanılıb və evinə geri qaytarılıb. N.İsayev barəsində Balakən Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Balakən  





Xəbər lenti