Bir qrup şəxsin əlilliyi təkrar qiymətləndirilir - FOTO
Müayinəsi aparılan bir neçə şəxsin əlilliklərinin uzadılması qərara alınıb. Lakin ayrı-ayrı şəxslərin əlillik sənədlərində onların sağlamlıq durumuna münasibətdə ziddiyyətlər olduğu aşkar edilib. Habelə vaxtilə tərtib olunmuş xəstəlik diaqnozlarının və həmçinin mövcud sağlamlıq vəziyyətlərinin əlillik təyinatı üçün əsas yaratmadığı müəyyən olunub.
Qeyd edək ki, komissiyanın fəaliyyətində ən vacib prinsip həqiqətən əlilliyi olan, haqqı çatan şəxslərə əlillik təyinatlarının aparılması, yanlış, əsassız olaraq hərbi səbəblərlə əlaqədar əlillik təyinatlarının ləğv edilməsi, hərbi səbəblərlə əlaqədar əlillik təyinatında şəffaflığın və obyektivliyin tam təmin edilməsidir.
Azvision.az
Teqlər: Hərbi Əlillik Qiymətləndirmə