Yoluxma sayı azaldı, sağalanlar yenə artdı

 Yoluxma sayı azaldı, sağalanlar yenə artdı
  23 Aprel 2021    Oxunub:3538
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1809 yeni yoluxma faktı qeydə alınıb, 2191 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.
İndiyədək ölkədə 309 789 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 274 766 nəfər müalicə olunaraq sağalıb, 4307 nəfər vəfat edib. Aktiv xəstə sayı 30 716 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 097, ötən müddət ərzində isə ümumilikdə 3 164 974 test aparılıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti