"Təmiz hövzələr" aksiyası Şəmkirdə davam edib
“Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin, Su Nəqliyyatında Polis İdarəsinin, Azərbaycan Həvəskar Balıqçılar İttifaqının əməkdaşlarının və ekokönüllülərin iştirak etdiyi aksiya çərçivəsində Şəmkir su anbarının 15 kilometrdən artıq sahəsi sintetik torlardan və plastik tullantılardan təmizlənib. Aksiyanın keçirilməsində məqsəd ölkənin su hövzələrində nəzarət tədbirlərini intensivləşdirmək, brakonyerliklə mübarizəyə daha geniş kütləni cəlb etməklə balıq ehtiyatlarının çoxalmasına nail olmaqdır”.
S.Məmmədova bildirib ki, "Təmiz hövzələr" aksiyası çərçivəsində yığılmış sintetik torlar və plastik tullantılar təkrar emala göndərilib.
Azvision.az
Teqlər: Şəmkir Təmizhövzələr Aksiya