Şəmkirdə yas mərasimi keçirmək istəyənlər saxlanıldı

Şəmkirdə yas mərasimi keçirmək istəyənlər saxlanıldı
  25 Aprel 2021    Oxunub:2275
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları rayon ərazisində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyini müəyyən ediblər.
Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasim dayandırılıb. Ölkədə elan edilən karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edəndə də daxil olmaqla, 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Digər iştirakçılarla bir daha profilaktiki söhbətlər aparılıb, karantin rejiminə riayət etmələri barədə xəbardarlıq edilib.



Azvision.az


Teqlər: DİN   Yas   Mərasim  





Xəbər lenti