Restoranda meyxana məclisi keçirənlər cərimələndi

Restoranda meyxana məclisi keçirənlər cərimələndi
  26 Aprel 2021    Oxunub:1530
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən karantin rejiminin tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə rayonun Darquba kəndində yerləşən “Armudluq” restoranında axşam saatlarında meyxana məclisinin keçirildiyi, Rvo kəndində yerləşən çayxananın isə gecə saat 00:00-dan sonra fəaliyyət göstərdiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən həmin obyektlərlə bağlı ümumilikdə 16 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti