İnkişaf etmiş ölkələr digərlərindən 25 dəfə çox vaksin əldə edib

 İnkişaf etmiş ölkələr digərlərindən 25 dəfə çox vaksin əldə edib
  26 Aprel 2021    Oxunub:2572
Peyvəndlərin bölüşdürülməsi ilə bağlı qlobal ədalətsizlik dünyada pandemiyaya qarşı mübarizənin səmərəliliyinə mənfi təsir göstərməkdədir. "Bloomberg" nəşrinin məlumatına görə, indiyədək 1 milyarddan bir qədər artıq peyvənd dozalarından istifadə olunub.
Azvision.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, vaksinasiya dünyanın 172 ölkəsini əhatə etsə də, inkişaf etmiş ölkələr az gəlirli dövlətlər ilə müqayisədə 25 dəfə çox peyvənd əldə ediblər.

"Hazırda dünya əhalisinin cəmi 6.7 faizi vaksinasiyada iştirak edib. Dünyada peyvəndlərin bölüşdürülməsindəki ədalətsiz və prosesin qlobal olaraq zəif aparılması pandemiyanın yaxın zamanlarda lokallaşdırılaraq aradan qaldırılacağı ilə bağlı nikbinliyi kəskin azaldır. Pandemiyanın təsirlərinin minimumlaşdırılması üçün prosesin qlobal səviyyədə səmərəli təşkili çox vacibdir".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Peyvənd   Dünya  





Xəbər lenti