Azad Rəhimov son mənzilə yola salındı - FOTO (YENİLƏNİB)

 Azad Rəhimov son mənzilə yola salındı -  FOTO (YENİLƏNİB)
  02 May 2021    Oxunub:9237
ABŞ-da dünyasını dəyişən gənclər və idman naziri Azad Rəhimov dəfn olunub.

Azvision.az xəbər verir ki, mərhum nazirin cənazəsi II Fəxri Xiyabanda torpağa tapşırılıb. Dəfn mərasimi pandemiya səbəbindən məhdud çərçivədə təşkil olunub.
Qeyd edək ki, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən Azad Rəhimov aprelin 30-da ABŞ-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olub. Bakı şəhəri 134 nömrəli orta məktəbi bitirib, 1981–1986-cı illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda ingilis dili fakültəsində ali təhsil alıb.

O, 1986–1987-ci illərdə hərbi xidmət keçdikdən sonra 1987–1990-cı illərdə rayon komsomol təşkilatında katib və birinci katib, 1990–1993-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifələrində işləyib, 1993-cü ildən sahibkarlıq fəaliyyəti göstərib.

2006-cı ildə Azərbaycanın gənclər və idman naziri təyin olunan Azad Rəhimov ömrünün sonunadək bu vəzifəni icra edib. O, həmçinin Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti olub.

Azad Rəhimov fəaliyyəti dövründə “Şöhrət” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib.





Azvision.az


Teqlər: Azad-Rəhimov  





Xəbər lenti