Karantin qaydalarını pozan çay evi aşkarlandı

Karantin qaydalarını pozan çay evi aşkarlandı
  05 May 2021    Oxunub:2422
İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı rayon ərazisində çay evlərinin birində xüsusi karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq, müştərilərə qəlyan xidməti göstərilməsi, həmçinin, sosial məsafənin və mövcud preventiv tədbirlərin şərtlərinin pozulması halları aşkarlanıb.
Bu barədə Azvision.az -a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, karantin qaydalarının pozulduğu həmin obyektin sahibi Ömərov İmran Füzuli oğlu və 17 nəfər müştəri rayon Polis Şöbəsinə dəvət olunaraq həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.

Azvision.az


Teqlər: Çay-Evi  





Xəbər lenti