Gürcüstanla sərhədi pozan 5 azyaşlı saxlanıldı

   Gürcüstanla sərhədi pozan 5 azyaşlı saxlanıldı
  21 May 2022    Oxunub:340
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində fəaliyyətlər davam etdirilir.
DSX-dan AzVision.az -a verilən xəbərə görə, may ayının 21-də saat 02:12 radələrində Qazax rayonunun II Şıxlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədinin pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb.

Həyata keçirilmiş tədbirlər nəticəsində dövlət sərhədini pozmağa cəhd göstərən 5-i azyaşlı olmaqla, 6 nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılıb. Araşdırma zamanı onlardan 1997-ci il təvəllüdlü Bukavadze Aybəniz Rafiq qızının əvvəllər də eyni cinayət əməlini törətməsinə görə axtarışda olması müəyyənləşdirilib. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AzVision.az

Teqlər: DSX  







Xəbər lenti