Kadırovun oğlanları döyüşməyə gedir - VİDEO

 Kadırovun oğlanları döyüşməyə gedir -  VİDEO
  03 Oktyabr 2022    Oxunub:670
Çeçenistanın rəhbəri Ramzan Kadırov oğlanlarını müharibəyə göndərir.
"Özlərini əsl döyüşdə göstərməyin vaxtı çatıb və mən onların istəyini alqışlayıram. Tezliklə onlar cəbhə xəttinə gedəcək və təmas xəttinin ən çətin hissələrində olacaqlar", - Kadırov deyib.

Eyni zamanda, Çeçenistan rəhbəri bildirib ki, onların azyaşlı olması vətən müdafiəçilərinin hazırlanmasına mane olmamalıdır.

O qeyd edib ki, oğlanları Əhməd, Əli və Adəm 16, 15 və 14 yaşındadırlar, onların hərbi hazırlığı demək olar ki, kiçik yaşlarından başlayıb.



Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti