"İkinci Qarabağ müharibəsi 2 həftə tez bitə bilərdi" - General səbəbləri açıqladı

"İkinci Qarabağ müharibəsi 2 həftə tez bitə bilərdi" -    General səbəbləri açıqladı
  24 Noyabr 2022    Oxunub:7277
"Ermənistan ordusunun hücumunu qabaqcadan təxmin edən Azərbaycan siyasi-hərbi rəhbərliyi əslində 1944-cü ildə müttəfiq qüvvələrin Almaniyaya qarşı həyata keçirdiyi "Bodiqard" əməliyyatına oxşar aldatma fəaliyyətini reallaşdırmışdı".
AzVision.az xəbər verir ki, bunu Milli Müdafiə Universitetinin rektoru, general-leytenant Heydər Piriyev rəsmi mətbuatda dərc olunan məqaləsində bildirib. Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi hərbi ekspertlərin təxmin etdiyindən 2 həftə çox davam etdi:

"Çünki oktyabrın əvvəllərində güman edilirdi ki, Azərbaycanla müharibə aparmaq üçün Ermənistanın sursat və yanacaq da daxil olmaqla resursları yalnız növbəti 2-3 həftəyə yetəcək, sonra xarici hərbi dəstək olmasa İrəvanın döyüşmək üçün heç nəyi qalmayacaq. Lakin xarici havadarlarının Ermənistanı silah və texnika ilə gizli şəkildə dəstəkləməsi müharibənin nisbətən uzun çəkməsinə səbəb oldu.

Bu məqamda Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnikanın sayının təhlili də önəmlidir. İkinci Qarabağ müharibəsində məhv edilən düşmən texnikasının sayı sübut etdi ki, Ermənistan Respublikası xarici havadarlarının dəstəyi ilə beynəlxalq konvensiyaların tələblərini kobudcasına pozmuş və regionda ciddi təhlükəsizlik təhdidinə çevrilmişdi".

AzVision.az

Teqlər:







Xəbər lenti