NATO ölkələri Çindən asılılığı azaltmaq qərarına gəliblər

   NATO ölkələri Çindən asılılığı azaltmaq qərarına gəliblər
  30 Noyabr 2022    Oxunub:307
NATO-ya üzv ölkələr Çindən və digər “avtoritar rejimlərdən” asılılığını azaltmaq qərarına gəliblər.
AzVision.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq alyansın xarici işlər nazirlərinin Buxarestdə keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu gün nazirlər Çinin iddialı hərbi inkişafını, texnoloji sıçrayışını və artan hibrid və kiber fəaliyyətini nəzərdən keçiriblər.

"Ukraynadakı münaqişə təchizat zəncirləri, texnologiyalar və infrastruktur baxımından NATO-nun avtoritar rejimlərdən, ən azı Çindən asılılığının yenidən qiymətləndirilməsinə gətirib çıxarmalıdır. Əlbəttə ki, biz Çinlə ticarəti və iqtisadi əlaqələri davam etdirəcəyik, lakin biz asılılığımızdan xəbərdar olmalıyıq, zəifliklərimizi azaltmalı və riskləri idarə etməliyik", Stoltenberq əlavə edib.

AzVision.az

Teqlər:







Xəbər lenti