TƏBİB: Mehriban Zəkinin vəziyyəti orta ağırdır

  TƏBİB:  Mehriban Zəkinin vəziyyəti orta ağırdır
  22 Mart 2023    Oxunub:1124
Yol qəzası nəticəsində xəsarət alan Mehriban Zəkinin vəziyyəti orta ağırdır.
Bu barədə AzVision.az -a TƏBİB-dən verilib. Məlumata görə, TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları rayon ərazisində baş verən yol qəzası ilə bağlı dərhal əraziyə cəlb edilib.

Mehriban Zəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub. Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Hadisə nəticəsində xəsarət alan Dilarə Əliyevaya yerində ilkin tibbi yardım göstərilib, hazırda Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə edilir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti