“Sərhədsiz reportyorlar” Fransa hökumətinə çağırış etdi

   “Sərhədsiz reportyorlar” Fransa hökumətinə çağırış etdi
  25 Mart 2023    Oxunub:900
“Sərhədsiz reportyorlar” təşkilatı Fransa hökumətinə müraciət edərək, jurnalistlərə zor tətbiq etməkdən çəkinməyə çağırıb.
Təşkilatın yaydığı bəyanatda deyilir ki, Fransada pensiya islahatları əleyhinə keçirilən kütləvi aksiyalarda polis həddən artıq zor tətbiq edir. Bununla yanaşı, aksiyanı işıqlandırmağa çalışan jurnalistlər polis tərəfindən qəddarlıqla döyülüb. Hadisə yerində öz peşə fəaliyyəti ilə məşğul jurnalistlər polisə vəsiqə göstərsələr də, onların sənədinə məhəl qoyulmayıb.

“Sərhədsiz reportyorlar” təşkilatı Fransanın daxili işlər naziri Jerald Darmanənə məktubla müraciət edərək, polislərin zorakılıq aktlarından çəkinmələri üçün tədbir görülməsini tələb edib. Təşkilatın baş katibi Kristof Delor diqqətə çatdırıb ki, təhlükəsizlik qüvvələri jurnalistlərin fəaliyyətinə mane olmamalı, onların işləməsinə imkan yaratmalıdır. Biz isə bunun əksini görürük. Jurnalistlərin aksiyaları işıqlandırmaq üçün həm icazələri, həm də hüquqları var.

Qeyd edək ki, “Sərhədsiz reportyorlar” təşkilatının hazırladığı mətbuat azadlığı indeksinə əsasən, Fransa bu sahədə 180 ölkə arasında 26-cı yerdədir.

AzVision.az


Teqlər:





Xəbər lenti