Dərmanların qeydiyyata alınması ilə bağlı yenilik

   Dərmanların qeydiyyata alınması ilə bağlı yenilik
  29 Mart 2023    Oxunub:675
Müxtəlif dərman vasitələrinin eyni əmtəə nişanı adı altında dövlət qeydiyyatına alınmasına yol verilməyəcək. Eyni istehsalçının və ya həmin istehsalçının lisenziyası əsasında istehsal olunmuş, eyni əmtəə nişanı adı altında, lakin təsiredici maddənin dozası, farmasevtik forması, ticarət qablaşdırması və ya qablaşdırma miqdarı fərqli olan dərman vasitələri burada istisna təşkil edir.
Bu barədə qanun layihəsi Milli Məclisin Səhiyyə komitəsinin martın 29-da keçirilən iclasında müzakirəyə çıxarılıb. “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda deputatlara təqdim olunub.

“Dərman vasitələri haqqında” Qanuna təklif olunan dəyişiklik səhiyyə və tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə əlaqədar hazırlanıb.

Yeni qanun layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan “qurum” dərman vasitələrinin ekspertizasının hansı hallarda aparılmasını müəyyən etdikdən sonra həmin hallar nəzərə alınır və Səhiyyə Nazirliyi, istehsal və ya topdansatış əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələr tərəfindən ölkəyə dərman vasitələrinin idxalı həyata keçirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti