Qriqoryan Zəngəzur dəhlizindən danışdı: "Dəmir yolunun bərpası 3 il çəkəcək"

  Qriqoryan Zəngəzur dəhlizindən danışdı:    "Dəmir yolunun bərpası 3 il çəkəcək"
  30 May 2023    Oxunub:1904
"Bölgədə nəqliyyat kommunikasiyalarının bərpasının bir hissəsi kimi dəmir yolu infrastrukturunun fiziki mənada yenidən qurulması prosesi iki ildən üç ilə qədər çəkə bilər".
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan baş nazirinin müavini Mher Qriqoryan deyib.

"Çox şey danışıqlar prosesindən, konsensusa nail olmağın nə qədər mümkün olacağından asılıdır. Razılıqlar əldə olunandan sonra baş tutacaq bütün digər müzakirələr texniki xarakter daşıyacaq”, - Qriqoryan qeyd edib.

O həmçinin qeyd edib ki, “Regiondakı dəmiryol infrastrukturuna nəzər salsanız, aydın olacaq ki, ayrı-ayrı hissələri bərpa etməklə biz regional səviyyədə ciddi logistika məsələsini həll etmiş oluruq”.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti