Uqandada “gey”lər edam ediləcək: Baydensə sanksiyalarla hədələdi

  Uqandada “gey”lər edam ediləcək:  Baydensə sanksiyalarla hədələdi
  30 May 2023    Oxunub:2016
Uqanda Prezidenti Yoveri Kaquta Museveni ölkədə sürətlə artan HIV/QİÇS xəstəliyi ilə mübarizə aparmaq üçün “Homoseksuallarla Mübarizə Aktı” adlı qanun layihəsini imzalayıb.
AzVision.az xəbər verir ki, qanun LGBT əleyhinə dünyanın ən sərt qanunlarından biri hesab olunur. Mart ayında Uqanda Parlamenti tərəfindən qəbul edilən birinci versiya ilə müqayisədə, qeyri-heteroseksual gender kimliyinin kriminallaşdırılması qanundan silinib.

Lakin qanunun sərt tərəfi homoseksuallıqda təqsirli bilinən şəxslərin ömürlük həbs olunması ilə bağlıdır. Eyni zamanda 18 yaşdan aşağı biriylə və yaşlılarla homoseksual əlaqəyə girənlər isə edam ediləcək.



Xüsusilə, Museveni tərəfindən imzalanmış qanun aşağıdakı cəzaları müəyyən edir:
1. Eynicinsli insanların yaxın əlaqəyə girməsi - Ömürlük həbs
2. Homoseksuallığı təbliğ etmək ittihamı - 20 il həbs
2. Yeni cinayət – “ağırlaşdıran şəraitdə homoseksuallıq” tətbiq edilir. Buraya eyni cinsdən olan HİV/QİÇS kimi sağalmaz xəstəliyə yoluxma və yetkinlik yaşına çatmayan və ya əlilliyi olan şəxslə cinsli təmaslar daxildir. Bu cür hərəkət edənləri ölüm hökmü gözləyir.


Ölkədə eynicinsli münasibətlərin istənilən forması, onların təşviqi və ya tanınmasına yönəlmiş istənilən fəaliyyət kimi yeni qanunla qadağandır. Bu eynicinsli nikahlara da aiddir.
Belə fəaliyyətlə məşğul olan kütləvi informasiya vasitələri və ya qeyri-hökumət təşkilatları cərimə olunur və onların fəaliyyəti dayandırılır. BMT-nin müvafiq qurumları bildiriblər ki, yeni qanun Uqandada HİV-ə qarşı mübarizəyə ciddi əngəl törədəcək.



ABŞ Prezidenti Cozef Bayden yeni qanunun qəbuluna sərt reaksiya verib. O, Uqandanı “gey” əleyhinə qanuna görə sanksiyalarla hədələyib: “Demokratiyadan bu geri çəkilmə ilə bağlı təhlükə Uqandada yaşayan hər kəsi, o cümlədən ABŞ agentliklərinin əməkdaşlarını, tərəfdaşlarımızı, turistləri, biznes icmasının üzvlərini və başqalarını təhdid edir”.



Qeyd edək ki, Uqanda Prezidenti homoseksualların həbs edilməsi ilə bağlı qanun layihəsini ilk dəfə 2014-cü ildə imzalayıb. Bu qanunda “gey”ləri 14 illik həbs cəzası gözləyirdi, “ağır homoseksuallıq” hərəkətlərinə görə isə ömürlük həbs cəzası kəsilə bilərdir. Qanun həmçinin lesbiyanlara da şamil olunurdu.



Bundan başqa “gey” adamlar barədə hakimiyyətə xəbər verməmək və homoseksuallığı təbliğ etmək də cinayət sayılmağa başladı. Qanun layihəsində homoseksual hərəkətlər üçün ölüm cəzası nəzərdə tutulsa da, beynəlxalq tənqidə görə bu maddə ləğv olundu.

AzVision.az


Teqlər:





Xəbər lenti