Mirziyoyev daha yeddi il prezident olmaq istəyir

Mirziyoyev daha yeddi il prezident olmaq istəyir
  30 May 2023    Oxunub:828
Şavkat Mirziyoyev 2023-cü ilin iyul ayının əvvəlində Özbəkistanda keçiriləcək növbədənkənar prezident seçkisində namizəd olacaq.
Müvafiq qərar Liberal Demokrat Partiyasının mayın 30-da keçirilən qurultayında qəbul edilib.

Qeyd edək ki, Özbəkistanda mövcud konstitusiyaya əlavə və dəyişikliklərdən sonra ölkədə növbədənkənar prezident seçkisi təyin edilib.

Mövcud konstitusiyaya dəyişikliklərə əsasən, prezidentin səlahiyyətləri beş ildən yeddi ilədək uzadılıb. Habelə ikinci müddətdə vəzifədə olan hazırkı Prezident Şavkat Mirziyoyev yenidən namizədliyini irəli sürə bilər.

Özbəkistanda növbədənkənar prezident seçkisi 2023-cü il iyulun 9-na təyin olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti