Aİ Əliyev və Paşinyanın “böyük görüşü”nə hazırlaşır

   Aİ Əliyev və Paşinyanın  “böyük görüşü”nə  hazırlaşır
  30 May 2023    Oxunub:1072
Avropa İttifaqı (Aİ) mayın 31-də Kişinyevdə keçiriləcək Avropa Siyasi Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Aİ Şurasının prezidenti Şarl Mişel arasında “böyük görüş” hazırlaşır.
AzVision.az xəbər verir ki, bunu Brüsseldə jurnalistlərə Aİ-nin yüksək vəzifəli nümayəndəsi məlumat verib.

"Sabah Ermənistan və Azərbaycan liderləri, Fransa prezidenti Makron və Almaniya kansler Şoltsla birgə böyük görüş olacaq. Bu, bizim üçün böyük bir işdir və bunu səylə hazırlayırıq", - o deyib. Diplomat görüşün təfərrüatları və proqramı barədə ətraflı məlumat verməyib, yalnız onun "AQS sammiti çərçivəsində" baş tutacağını vurğulayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti