“Paşinyan kondisionerli avtomobilində oturub qərar verir"

   “Paşinyan kondisionerli avtomobilində oturub qərar verir"
  30 May 2023    Oxunub:953
İrəvanda bir qrup sürücü ön yan şüşələrin 70%-dən az şəffaf rənglənməsinə görə sürücülərin cərimələnməsi qərarına etiraz edir.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“Biz bu qərarla razı deyilik. İstidə maşınları rəngləmədən idarə edə bilmirik. Bundan əlavə, oğurluq halları daha tez-tez olacaq, çünki kabinədəki hər şey görünəcək.

Onlar iddia edirlər ki, patrul əməkdaşları gecələr sürücünün təhlükəsizlik kəmərini bağlayıb-bağmadığını görmürlər, amma bu, sadəcə olaraq insanları cərimələmək üçün bəhanədir. Paşinyan deyir ki, Ermənistanda 3 milyon baş nazir var və onlar qərar verə bilərlər. Harada?

İndi yalnız bir nəfər öz kabinetində oturub qərar verir və o, kondisionerli avtomobilində gəzir, düşünmür ki, məsələn, səhərdən axşama kimi taksi sürən sürücülər var”, - deyə aksiya iştirakçılarından biri bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Paşinyan  





Xəbər lenti