Çavuşoğlu və Blinken müzakirələr aparıblar

Çavuşoğlu və Blinken müzakirələr aparıblar
  30 May 2023    Oxunub:689
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-nin dövlət katibi Entoni Blinken arasında çərşənbə axşamı telefon danışığı olub.
Söhbət zamanı İsveçin NATO-ya daxil olması prosesi və taxıl müqaviləsi müzakirə edilib.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.

“Dövlət katibi Blinken Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi münasibətilə təbriklərini çatdırıb. Danışıqlar zamanı Türkiyə və ABŞ arasında strateji mexanizmin qarşıdan gələn iclasına hazırlıq, müdafiə sənayesi sahəsində əməkdaşlıq, Nyu-Yorkdakı Türk Evinə hücum, İsveçin NATO-ya daxil olması prosesi və İstanbul Taxıl Sazişi müzakirə edilib.”, - mənbə bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti