"Erkən nikahların əksəriyyətini axundlar həyata keçirir" - Hicran Hüseynova

   "Erkən nikahların əksəriyyətini axundlar həyata keçirir" -    Hicran Hüseynova
  29 Noyabr 2023    Oxunub:741
Selektiv abortlara görə dünyada lider olmağımız ürək ağrıdıcı bir faktdır.
AzVision.az xəbər verir ki, bunu Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” movzusunda ictimai dinləmədəki çıxışı zamanı deyib.

"Erkən nikahların qırmızı xətt olduğunu deyirsiniz. Lakin bu gün erkən nikahların əksəriyyətini də axundlar həyata keçirir. İndiyə qədər biz bir dəfə də olsa bir nəfər cəzalandırıldığını və ya bu istiqamətdə iş görüldüyünü eşitməmişik", - komitə sədri bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti