Ölkəyə elektromobil idxalı artıb

Ölkəyə elektromobil idxalı artıb
  16 Aprel 2024    Oxunub:615
Bu ilin yanvar-mart aylarında Azərbaycan 361 milyon dollar dəyərində 19 571 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.
Dövlət Gömrük Komitəsindən AzVision.az -a bildirilib ki, idxal olunan avtomobillər arasında 830-u elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir. Qeyd edək ki, bu növ avtomobillərin idxalı 2 dəfə artıb.

Bundan başqa, sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 35 ədəd olub. Bu növ avtomobillər 23,9% azalıb.

Əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 8,6% azalaraq 17 610 ədəd təşkil edib.

AzVision.az


Teqlər: elektromobil   idxal  





Xəbər lenti