Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb -  FOTO
  26 Aprel 2024    Oxunub:981
Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.
Penitensiar xidmətdən AzVision.az -a verilən məlumata görə, məhkum Namiq Sədrəddin oğlu Cavadova bacısı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı antiperspirant qabının içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə 1,738 qram heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Penitensiar-xidmət  





Xəbər lenti