"Hizbullah"ın daha bir komandiri zərərsizləşdirilib - FOTO/VİDEO

"Hizbullah"ın daha bir komandiri zərərsizləşdirilib -    FOTO/VİDEO
  18 Oktyabr 2024    Oxunub:320
İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubundakı Teybə kəndinə aviazərbəsi nəticəsində "Hizbullah" terror təşkilatının komandiri Məhəmməd Hüseyn Rəmmal ölüb.
Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, terrorçunun öldürülməsi ilə yanaşı "Hizbullah"a məxsus raket qurğuları və silah anbarları da sıradan çıxarılıb.
"Hizbullah"ın batalyon komandiri öldürülüb - VİDEO

Xatırladaq ki, ötən gün İsrail hərbi təyyarələrinin Livanın Binti-Cübeyl şəhərinə aviazərbəsi nəticəsində qruplaşmasının batalyon komandiri Məhəmməd Övdət də zərərsizləşdirilmişdi.

Ötən ilin oktyabrında başlayan İsrail və Livan "Hizbullah"ı arasında son aylarda gərginlik artıb. İsrail Silahlı Qüvvələri Livana qurudan əməliyyata başlayıb. Digər tərəfdən, "Hizbullah" terror təşkilatının himayədarı İran bu münaqişəyə cavabən İsrailə raket hücumu həyata keçirib. Hazırda İsrailin İrana qarşı gözlənilən cavab zərbəsi fonunda vəziyyət gərgin qalmaqdadır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Hizbullah   komandir  





Xəbər lenti