Azərbaycanın xarici işlər naziri Türkiyəyə işgüzar səfərə yola düşüb

Azərbaycanın xarici işlər naziri Türkiyəyə işgüzar səfərə yola düşüb
  17 Oktyabr 2024    Oxunub:927
Oktyabrın 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına işgüzar səfərə yola düşüb.

AzVision.az Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə istinadən xəbər verir ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun oktyabrın 18-də İstanbul şəhərində keçiriləcək “3+3” formatında görüşdə iştirakı və çıxışı nəzərdə tutulub.

Səfər çərçivəsində, həmçinin ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.

AzVision.az




Teqlər:





Xəbər lenti