Azərbaycan erməni əhalisinə Qarabağa qayıtmaq imkanı yaradıb - Rusiya XİN rəsmisi
M.Zaxarova qeyd edib ki, söhbət Azərbaycanın ərazisindən gedir və orada bu ölkənin qanunları qüvvədədir.
“Biz öz evlərini tərk etmiş əhaliyə ora qayıtmaq üçün imkanın yaradılmasına yönəldilən konstruktiv addımları dəfələrlə şərh etmişik, vurğulamışıq. Biz azərbaycanlı həmkarlarımızla ikitərəfli təmaslar zamanı bu məsələni qaldırırıq və müvafiq izahatlar və izahlar alırıq... Mən bir daha vurğulamaq istəyirəm ki, qayıtmaq imkanı yaradılıb”, - deyə diplomat bildirib.
AzVision.az
Teqlər: