“ASAN xidmət” “CryptoA2Z” təlim proqramını reallaşdırıb - FOTOLAR

   “ASAN xidmət” “CryptoA2Z” təlim proqramını reallaşdırıb -    FOTOLAR
  28 Aprel 2025    Oxunub:369
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” “CryptoA2Z” təlim proqramını reallaşdırıb.
AzVision.az “Blokçeyn Təlim Mərkəzi”ndə baş tutan proqram İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və dünyanın aparıcı kriptovalyuta tədris platformalarından olan “Binance Academy” ilə birgə təşkil olunub.

Əsas məqsəd ölkəmizdə sözügedən istiqamətdə ictimai maarifləndirməni artırmaq, rəqəmsal maliyyə alətlərinin praktiki əhəmiyyətini nümayiş etdirmək olub. Eləcə də bu sahədə yerli və beynəlxalq əməkdaşlıq perspektivlərini gücləndirmək əsas hədəflərdən biri seçilib.

3 gün ərzində 160-dan çox iştirakçıya kriptovalyuta və blokçeyn texnologiyalarına dair təlimlər keçirilib.

İştirakçılara kriptovalyutanın yaranma tarixi, əsas anlayışlar, blokçeyn texnologiyasının işləmə prinsipləri və kripto təhlükəsizliyi barədə məlumat verilib. Onlar praktiki olaraq kripto hesabların yaradılması və istifadəsi ilə tanış olub, kriptonun real tətbiq sahələri və iqtisadi imkanları üzərində işləyiblər. Həmçinin bu sahədə karyera və innovativ startap imkanları da müzakirə edilib.

Təlimlər interaktiv şəkildə aparılıb, kripto hesablar və tranzaksiyalar barədə məlumat verilib, müsabiqə və sual-cavab sessiyaları keçirilib.

Sonda aktiv iştirakçılar “Binance” şirkəti tərəfindən rəsmi sertifikat, xüsusi hədiyyə və platformada depozit imkanları ilə təltif olunublar.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti