24 saat fasiləsiz fəaliyyət göstərən bu mərkəz “Nar”ın ölkə üzrə müasir standartlarla qurulan satış şəbəkəsinin bir hissəsidir və ölkəmizə gələn qonaqlar, həmçinin yerli sakinlər üçün mobil nömrə əldə etmək prosesini daha da asanlaşdırır. Hava limanı kimi strateji ərazidə belə bir xidmətin təqdim olunması operativlik və əlçatanlıq baxımından müştərilər üçün mühüm üstünlük yaradır.
“Nar”ın digər satış və xidmət mərkəzləri haqqında ətraflı məlumatla bu keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.nar.az/senin-ucun/xerite/
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
AzVision.az