Gələn ilin büdcəsi Milli Məclisə təqdim edilib

Gələn ilin büdcəsi Milli Məclisə təqdim edilib
  16 Oktyabr 2024    Oxunub:825
Prezident İlham Əliyev “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim edib.
AzVision.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Layihəyə əsasən, gələn il Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 36 milyard 616 milyon manat, xərclərinin isə 39 milyard 667,6 milyon manat olacağı gözlənilir.

Bunlar 2024-cü ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 0,6 % çox və 0,2 % azdır. Son nəticədə dövlət büdcəsində 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.

AzVision.az


Teqlər:





Xəbər lenti