Qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” və Dövlət Agentliyinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Görüş zamanı sosial innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu günədək 85 milyondan çox vətəndaş müraciəti qeydə alınıb.
Şarlin Ruto “ASAN xidmət” mərkəzinin, səyyar “ASAN xidmət”in, “ABAD”, “INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub və müvafiq modelin onda yüksək təəssürat yaratdığını, eləcə də bu təcrübənin Keniyada tətbiqinin faydalı ola biləcəyini bildirib.
Sonda qonağa “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.
AzVision.az