Qonaqlara gənc sərhədçilərin peşə hazırlığı, fiziki və taktiki hazırlıq səviyyələri, həmçinin xidmət zamanı göstərdikləri yüksək nizam-intizam barədə məlumat verilib.
Tədbir zamanı qonaqlar sərhədçilərin vətənə, xalqa və Müzəffər Ali Baş Komandana sədaqətindən, eləcə də yüksək peşəkarlıq səviyyəsindən məmnunluqlarını bildirib, yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Sonda xidmətdə fərqlənmiş bir qrup hərbi qulluqçuya valideynlərin iştirakı ilə fəxri fərman təqdim olunub, xatirə fotoşəkili çəkilib.
AzVision.az