Baş nazir Əli Əsədov Butanın Baş naziri ilə görüşdü

Baş nazir Əli Əsədov Butanın Baş naziri ilə görüşdü
  11 Noyabr 2024    Oxunub:387
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 11-də Butan Krallığının Baş naziri Tserinq Tobqay ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib. Görüşdə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un iqlim dəyişmələrinə qarşı beynəlxalq səylərə mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.

Azərbaycan ilə Butan arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq məsələləri müzakirə edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti