İcmanın Quterreşə göndərdiyi məktub BMT sənədi kimi yayılıb

İcmanın Quterreşə göndərdiyi məktub BMT sənədi kimi yayılıb
  28 Yanvar 2025    Oxunub:385
Ermənistanın dövlət siyasətinin irqçi, insanlıq və sülh əleyhinə əleyhinə cinayət xarakterli olduğunu təsdiq edən fövqəladə dəlil ilə bağlı BMT-nin Baş katibinə ünvanlanan məktubun BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi yayılması ilə bağlı Qərbi Azərbaycan İcması bəyanat yayıb.
Qərbi Azərbaycan İcmasından AzVision.az -ya verilən məlumata görə, məktubun BMT-nin ali orqanlarının rəsmi sənədləri kimi yayılması Ermənistanın sözügedən cinayətlər üzrə məsuliyyətinin beynəlxalq hüquqi müstəvidə təsbit olunması baxımından böyük əhəmiyyət kəsb edir.

"Qərbi Azərbaycan İcması bu məsələni BMT ilə yanaşı regional təşkilatların və özlərini insan hüquqlarının müdafiəçiləri kimi təqdim edən beynəlxalq qeyri-hökumət təşkilatlarının diqqətinə çatdırmaq istiqamətində səylərini davam etdirir", - deyə bəyanatda qeyd olunub.

Qeyd edək ki, sözügedən məktub Levon Ter-Petrosyanın 1993-cü ildə Ermənistanın prezidenti qismində verdiyi məlum çıxışı ilə bağlı idi.

Xatırladaq ki, Levon Ter-Petrosyan həmin çıxışında etnik təmizləmənin və işğalçılığın Ermənistanın dövlət siyasəti olduğunu təsdiq edir və Ermənistandan azərbaycanlıların qovulmasını tarixi nailiyyət adlandırırdı.

AzVision.az



Teqlər: BMT  





Xəbər lenti