KİV: "Avropa ABŞ ilə mümkün ticarət müharibəsində qalib gəlməyəcək"

      KİV:   "Avropa ABŞ ilə mümkün ticarət müharibəsində qalib gəlməyəcək"
  03 Fevral 2025    Oxunub:335
Avropa İttifaqı (Aİ) mümkün ticarət müharibəsində ABŞ-ni məğlub edə bilməyəcək.
AzVision.az xəbər verir ki, bu barədə Britaniyanın “The Spectator” jurnalının köşə yazarı Mettyu Linn yazıb.

O qeyd edir ki, Aİ ABŞ ilə ticarət balansında ciddi müsbət saldoya malikdir və bu, ildə 158 milyard avro təşkil edir, buna görə də Aİ-nin itirəcəyi bir şey var. “Mümkün ticarət müharibəsində Aİ ABŞ ilə müqayisədə daha uzun müddətə daha çox itkiyə məruz qalacaq”, - Linn yazıb.

Köşə yazarı vurğulayır ki, Avropa həddindən artıq vergilər və ağır tənzimləmələrlə öz iqtisadiyyatını zəiflədib, avrozonada bu il artıq durğunluq müşahidə olunur. “Hər şey bir kənara, Vaşinqtonla münasibətlərin necə qurulacağına dair cəmiyyətdə fikir ayrılığı artacaq”, - Linn fikrini ortaya qoyub.

Müəllif hesab edir ki, ABŞ-nin Kanada və Meksikaya tətbiq etdiyi tariflər tamamilə mənasızdır, lakin Tramp Aİ ilə bağlı yanaşmada haqlıdır.

“Ticarət əlaqələri çox birtərəflidir: Aİ öz bazarını qoruyur, digər tərəfdən Amerika Avropa şirkətləri üçün tamamilə açıqdır. Bunu etiraf etmək və sövdələşməni müzakirə etmək daha yaxşı olardı. Əvəzində Aİ özünü mübarizəyə hazırlayır, özü də uduzacağı mübarizəyə”, - Linn yazıb.

Qeyd edək ki, bir müddət əvvəl Tramp Kanada, Meksika və Çindən gələn mallara gömrük rüsumlarının tətbiqi ilə bağlı sərəncam imzalayıb. 25 %-lik idxal rüsumları Kanadadan gələn bütün mallara tətbiq edilir, istisna yalnız enerji məhsullarıdır və ona 10 % dərəcəsi tətbiq olunacaq. Meksikadan gələn mallar üçün tarif dərəcəsi də 25 % olacaq. Çindən gələn mallara isə artıq qüvvədə olan rüsumlara əlavə 10 % rüsum tətbiq edilir.

AzVision.az



Teqlər:





Xəbər lenti